Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açdı
03 avqust 2020 15:23 (UTC +04:00)

Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açdı

Ermənistan tərəfindən Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb.

Bu barədə Lent.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb: “Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "twitter" hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz”.

# 1657
avatar

Oxşar yazılar