Rusiyada koronavirusdan ölənlərin sayı 79 nəfər də artdı
03 avqust 2020 12:14 (UTC +04:00)

Rusiyada koronavirusdan ölənlərin sayı 79 nəfər də artdı

Rusiyada son sutka ərzində daha 5394 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 856 264 nəfərə çatıb.

Son sutka ərzində 79 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 207 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 653 593 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

# 1738
avatar

Oxşar yazılar