Xalq artisti 5-ci dəfə BOŞANIR?
03 avqust 2020 09:19 (UTC +04:00)

Xalq artisti 5-ci dəfə BOŞANIR?

Yumorist və teleaparıcı Maksim Qalkin həyat yoldaşı, SSRİ Xalq artisti Alla Puqaçovadan boşanması iddialarına münasibət bildirib.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, aparıcı  müsahibəsində “Mənlik heç nə yoxdur. Belə bir şey olmayıb və yoxdur”, - deyib. 

Qeyd edək ki, bundan əvvəl bir neçə mətbuat orqanında Puqaçovanın ərini tərk etdiyi, Qalkinin isə xanımına qarşı soyuq və laqeyd münasibət göstərdiyi yazılmışdı.

Alla Puqaçova ilə Maksim Qalkin 2011-ci ildə ailə qurub. Cütlüyün Liza və Harri adlı əkiz övladı var. Bu, teleaparıcının ilk, müğənninin isə beşinci evliliyidir.

 

# 11269
avatar

Yalçın UĞUR

Oxşar yazılar