1906
16:24
01 Avqust 2020

Google şirkəti Maps servisinin daxilində sosial şəbəkə yaratdı

Google şirkəti sosial şəbəkə mövzusunda bir neçə layihəyə sahib olub.

Lent.az "technote"a istinadən xəbər verir ki, onlardan ən uğurlusu Google+ hesab edilsə də bu sosial şəbəkə 2019-cu ilin əvvəlində bağlanmışdı.

Lakin buna baxmayaraq şirkət özünün sosial şəbəkə yaratma cəhdlərindən vaz keçmir. Belə ki, şirkət özünün Maps servisinin daxilində sosial şəbəkəni işə salıb.

Bir çoxları Google Maps-dən naviqasiya və lazımi yerlər barəsində məlumatların əldə olunması üçün istifadə edirlər.