Meymunu öldürdü, 11 il cəza aldı
31 iyul 2020 15:34 (UTC +04:00)

Meymunu öldürdü, 11 il cəza aldı

Uqandada dağ qorillasını öldürən şəxsə 11 il həbs cəzası verilib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkum olunmuş şəxs meymunu mızraqla öldürdüyünü etiraf edib.

Şahidlər qorillanın onu öldürən şəxsə hücum etmədiyini, heyvanın ov məqsədi ilə öldürüldüyünü deyib.
Qeyd edək ki, Afrikanın Ruanda, Uqanda və Konqo kimi ölkələrində təxminən 1000-ə yaxın qorilla xüsusi qoruma altında yaşayır.

# 2584
avatar

Aygün İbrahimli

Oxşar yazılar