15:49
30 İyul 2020

İki nəfərdə mobil telefon aşkarlanıb, 1 nəfərin hərarəti yüksək olub - RƏSMİ

Bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirilib.

DİM-dən APA -ya bildirilib ki, imtahanlar 10 şəhər və rayonda təşkil olunub.

Məlumata görə, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ilkin məlumatlara görə, 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Qeyd edək ki, imtahanlar 10 şəhər və rayonda təşkil olunub.

Dİgər xəbərlər