12:20
30 İyul 2020

Qohumunu bıçaqladı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Kərgəlan kənd sakini, 35 yaşlı Elnur Füzuli oğlu Əliyev bıçaqlanıb. Yaralı sağ boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib və əməliyyata alınıb.

İlkin məlumata görə, E.Əliyevi qohumu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər