10:18
30 İyul 2020

Bakı üzrə koronavirusa ən yüksək yoluxma faizi bu rayondadır

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

APA koronavirus.info-ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.0 faiz, Xətaidə 12.3 faiz, Sabunçuda 11.9 faiz, Yasamalda 11.8 faiz, Nəsimidə 9.3 faiz, Nərimanovda 8.2 faiz, Suraxanıda 8.2 faiz, Nizamidə 7.4 faiz, Qaradağda 7.3 faiz, Xəzərdə 4.7 faiz, Səbaildə 4.4 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Dİgər xəbərlər