5269
13:40
29 İyul 2020

Emil Əmrullayev özünə müşavir təyin etdi

Təhsil naziri Emil Əmrullayev özünə müşavir təyin edib.

Lent.az -ın məlumatına görə, nazirin əmri əsasında Elnur Nəsibov Təhsil nazirinin müşaviri təyin olunub. Bu barədə E.Nəsibov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qeyd edək ki, E.Nəsibov bundan öncə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində çalışıb.