Sərhəd Qoşunlarının əsgəri dünyasını dəyişdi: 2 aydan sonra evə dönəcəkdi
29 iyul 2020 11:28 (UTC +04:00)

Sərhəd Qoşunlarının əsgəri dünyasını dəyişdi: 2 aydan sonra evə dönəcəkdi

Dövlət Sərhəd Xidmətinin Bakıda yerləşən "N" saylı hərbi hissəsində əsgər vəfat edib.

DSX-nin Mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, iyulun 29-da səhər saat 9:15-də Dövlət Sərhəd Xid­mətinin Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat edib.

DSX-nin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

# 31012
avatar

Mehman Nəbiyev

Oxşar yazılar