Paytaxt sakinindən 2 kilodan çox heroin tapıldı
29 iyul 2020 10:12 (UTC +04:00)

Paytaxt sakinindən 2 kilodan çox heroin tapıldı

Bakı sakinindən külli miqdarda narkotik maddə aşkar edilib.

Lent.az-ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə idarəsi və 27-ci Polis Bölməsi əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələrilə məhkum olunmuş 1966-cı il təvəllüdlü Şahin Həsənovu saxlayıb.

Onun üzərinə baxış zamanı 0.691 qram, əlindəki sellofon torbadan isə 2 kq 200 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 1069
avatar

Mehman Nəbiyev

Oxşar yazılar