19:26
28 İyul 2020

Facebook Avropa Birliyinə qarşı məhkəmə iddiası qaldırıb: SƏBƏB

Facebook şirkəti ümumi yurisdiksiyanın Avropa məhkəmsində Avropa Birliyinə qarşı iddia qaldırıb.

Lent.az "technote"a istinadən xəbər verir ki, Facebook-un fikrincə, Avropa Birliyinin nizamlayıcı orqanları tərəfindən şirkətdən tələb etmiş olduqları məlumatların təqdim edilməsi əməkdaşların özəl məlumatlarının konfidensiallıqlarını poza bilərlər.

Bu, hələ yekunlaşdırılmamış 2 antimonopoliya istintaqı çərçivəsində baş verib. Məlumata əsasən istintaq çərçivəsində Avropa Birliyi bu açar sözlərin və cümlələrin olduqları bütün sənədləri tələb edib:

“Böyük sual”, “pulsuz”, “bizə uyğun deyil” və “sönmə”.

Facebook mütəxəssislərinin fikirlərinə əsasən, bu cür sorğu çox böyük həcmdə olan məlumatların təqdim edilməsini tələb edir.

Şirkət qeyd edib ki, həmin məlumatların əsas hissəsi əməkdaşların konfidensial məlumatlarına aiddirlər. Bura həmçinin tibbi və maliyyə sənədləri də daxildirlər. Qeyd etmək lazımdır ki, Facebook-un reklamlarda aqressiv marketinqdən istifadə etmə şübhəsinə görə ona qarşı antimonopoliya istintaqı aparılır.

Dİgər xəbərlər