Mağazadan 6 min manat pul oğurladılar
28 iyul 2020 15:12 (UTC +04:00)

Mağazadan 6 min manat pul oğurladılar

Goranboy rayon sakini Qabil Abbasov Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus, avtomobil ehtiyyat hissələri satılan mağazasına iyul ayının 24-dən 25-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 6000 manat pulu oğurlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı rayon sakini Amil Qiyaslı, 21yaşlı Gəncə şəhər sakini Telman İbrahimov və 22 yaşlı Göygöl rayon sakini Boran Məmmədov şübhəli qismində saxlanılıblar.

İlkin dindirmə zamanı onlar, törətdiyi hadisəni etiraf edib və əldə etdikləri pulun bir qismini xərclədiklərini bildiriblər. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 2095
avatar

Mehman Nəbiyev

Oxşar yazılar