Zlatan İbrahimoviç “Milan”da qalacaq
27 iyul 2020 14:06 (UTC +04:00)

Zlatan İbrahimoviç “Milan”da qalacaq

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviçin gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, isveçli hücumçu A seriyası təmsilçisində qalmağa üstünlük verib.

Skandinaviyalı ulduz daha bir mövsüm Milanın eyniadlı klubunda çıxış etməyə razılaşıb. Hazırda Zlatan və klub rəhbərliyi arasında müqavilənin detalları ilə bağlı müzakirələr gedir.

Qeyd edək ki, İbrahimoviç cari mövsüm A seriyasının 17 oyununda 7 qol vurub.

# 4444
avatar

Oxşar yazılar