Çayın sahilində narkotik yetişdirirdi - FOTO
27 iyul 2020 17:50 (UTC +04:00)

Çayın sahilində narkotik yetişdirirdi - FOTO

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, iyul ayının 25-də Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə rayonun Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş, Yaşar Sadıqovun Quşqara çayının sol sahilində aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı oradan 12 ədəd çətənə kolu aşkar olunub

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Y. Sadıqov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649

Oxşar yazılar