8113
12:37
24 İyul 2020

Ermənistana silah daşınması ilə bağlı Gürcüstandan AÇIQLAMA

“Gürcüstan və Azərbaycan arasında heç bir yanlış anlaşmazlıq yoxdur, bizim strateji tərəfdaşlığımızı, qardaşlığımızı heç nə təhdid etmir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında deyib.

Baş Nazir qeyd edib ki, Serbiyadan Gürcüstan ərazisi ilə Ermənistana silah-sursat daşınması ilə bağlı xəbərlər qeyri-dəqiqdir.

“Gürcüstanın heç bir siyasi problemi olmayacaq, çünki biz vəzifələrimizi beynəlxalq hüquq normalarına uyğun yerinə yetiririk. Əvvəla, bu, yalnız və yalnız media tərəfindən yayılan və həqiqətə uyğun olmayan məlumatdır. Bu məlumat iki ölkə arasında müzakirə mövzusu olacağı zaman maraq doğuracaq. Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq, üstəlik qardaşlıq heç bir şeylə təhdid edilmir. Bu yüksək keyfiyyətli əlaqələrimizi heç nə ilə təhdid etmək mümkün deyil. Sizin haqqında danışdığınız fotolara gəlincə isə, siz o fotonu görmüsünüz? Fotodakı normal bir yük maşınıdır və heç nə daşımır”, - deyə Baş Nazir vurğulayıb.