09:44
27 İyul 2020

Göz şişkinliyini aradan qaldırmaq üçün bunları edin: 6 qızıl qayda

Allergiya, kosmetik vasitələr, ağlamaq, yuxusuzluq və bir çox digər səbəblərdən gözdə şişkinlik əmələ gələ bilər.

Bəs bunun aradan qaldırılması üçün nə etmək lazımdır?

Lent.az xarici KİV-ə istinadən göz şişkinliyini aradan qaldırmaq üçün təbii üsullarla həyata keçirəcəyiniz 6 qaydanı təqdim edir:

Buz

Səhər oyandığınız zaman 2 buz qəlibini göz qapağına 10 dəqiqə müddətində kompres edin.

Çay vannası:

Soyuk çay paketlərini gözünüzün üzərinə qoyun və 5-10 dəqiqə saxlayın.

Çiy kartof:

Çiy kartofu əzin və göz qapaqlarının üzərində 15 dəqiqə saxlayıb ilıq su ilə durulayın.

Süd:

Soyuq südə batırılmış pambığı göz qapağına sürtüb 10 dəqiqə gözləyin.

Xiyar:

Xüsusilə yorğunluqla bağlı göz şişkinlikləri zamanı incə bir dilim xiyarı göz qapağının üzərinə qoyub 10-15 dəqiqə saxlayın.

Metal qaşıq:

Metal qaşığı göz qapağına yüngülcə qoyub biraz gözləyin. Bu üsul qan dövranını sürətləndirir və gözləri rahatladır.

Dİgər xəbərlər