Prezidentin köməkçisi: “Kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb”
21 iyul 2020 11:51 (UTC +04:00)

Prezidentin köməkçisi: “Kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb”


“Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki obyektlərin, o cümlədən kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Metsamor AES-lə bağlı Ermənistanda səslənən fikirlərə münasibət bildirərkən deyib.

O, Ermənistanın əvvəlki prezidentinin “İsgəndər” raketləri ilə Bakı və onun ətrafında yerləşən neft-qaz strukturlarını hədəf alacaqlarını bəyan etdiyini xatırladıb.

“Son hadisələr zamanı Ermənistan tərəfindən kritik əhəmiyyət daşıyan neft-qaz strukturlarının, kritik obyektlərin hədəfə alınacağı bəyan edilib. Ermənistan tərəfi fərdi əsasda söylənən fikirlərdən öz cinayətlərini ört-basdır etmək üçün istifadə edir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

# 4246
avatar

Oxşar yazılar