16:47
17 İyul 2020

"Sizin rəhbərliyiniz altında biz köçkünlər..." - Köçkün müəllim Prezidentə yazdı

Son zamanlar Tovuzda ermənilərin təxribat törədərək kəndlərimizi atəşə tutması, din sakinləri hədəfə alması xalqımızda düşmənə qarşı olan nifrəti daha da gücləndirdi. Ordumuzun düşmənə layiqli cavab verməsi, kəndlərimizin mərdliklə qorunması və hərbçilərimizin yüksək döyüş ruhu ilə irəli atılması vətəndaşlarda böyük ruh yüksəkliyinə səbəb olub. Belə ki, sosial şəbəkədə informasiya müharibəsi, hakkerlərimizin Paşinyanın rəsmi səhifəsini dağıtması, beynəlxalq səviyyəli internet səhifələrində erməni təxribatları haqqında paylaşımlar edilməsi bunun bariz nümunəsidir.

Xalq-dövlət birliyinin digər tərəfi özünü dövlət başçısına yazılan vətənpərvərlik məktublarında da göstərir. Yazılan məktublarda vətəndaşlar daim prezidentin yanında olduqlarını, ordumuza və dövlətimizə arxalandıqlarını bildirirlər. Belə məktublardan birini 135 saylı Ağdam köçkün məktəbinin tarix müəllimi Səlimova Aynurə Surxay qızı yazıb. Lent.az həmin məktubu təqdim edir:

“Hörmətli Cənab Prezident!

Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan ordumuz bu gün Sizin sayənizdə Cənubi Qafqazın ən güclü ordusudur. Həmişə olduğu kimi, yenə də işğalçı qonşumuz Tovuz rayonunda dinc əhalinin üzərinə mərmi yağdırdı. 2016-cı ilin aprel ayında olduğu kimi, güclü ordumuz yenə düşmənə layiqli cavab verir.

Cənab Prezident, belə bir güclü ordumuz olduğu üçün Sizə minnətdarıq. İnşallah, Sizin rəhbərliyinizlə biz köçkünlər öz ata-baba yurdumuz olan Qarabağı azad edəcəyik. O torpağa axan şəhid qanları yerdə qalmayacaq. Xalqın daim Sizin ətrafınızda bir yumruq kimi birləşməsi Sizə olan inamdandır. Güclü Ali Baş Komandan və güclü ordunun olması bütün gənclərin döyüş ruhunu yüksəldir.

Biz Sizinlə qürur duyuruq”.

Dİgər xəbərlər