“Lotu Quli”ni öldürmək istəyənlər azadlıqda!
16 iyul 2020 15:45 (UTC +04:00)

“Lotu Quli”ni öldürmək istəyənlər azadlıqda!

Türkiyədə “Lotu Quli” ləqəbli Nadir Səlifova sui-qəsdə görə həbs edilən azərbaycanlılar azadlığa buraxılıblar.

Lent. az-a daxil olan məlumata görə, gürcü qanuni oğru Quram Çixladze ilə birlikdə həbs olunan “Emin Naxçıvanski” ləqəbli Emin Qasımov, Vahid Əliyev (“Vaxa Bakinski”), Fuad Quliyev (“Fuad Sumqaitski”) və digərləri sərbəst buraxılıblar.

Qeyd edək ki, adı çəkilən şəxslər mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil idilər.

# 5713
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar