2440
15:57
14 İyul 2020

Bakıda mənzildə meyit tapıldı


Bakıda mənzildə meyit tapılıb.

Bu barədə Lent.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü İmanov Ənvər İsgəndər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.