Bakıda şirkətin anbarından 4200 manatlıq oğurluq olub
13 iyul 2020 10:44 (UTC +04:00)

Bakıda şirkətin anbarından 4200 manatlıq oğurluq olub

Bakıda anbardan oğurluq olub.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, A. Abbaszadə küçəsində baş verib.

Həmin küçədə yerləşən şirkətlərdən birinin anbarına daxil olan naməlum şəxslər oradan 4200 manat dəyərində 20 500 ədəd künclük və 9 500 ədəd sıxıcı vasitə oğurlayıblar.

Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1999-cu il təvəllüdlü Yusif Həsənov, 1994-cü il təvəllüdlü Fərid Şıxıyev və Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Təbriz Həsənov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

# 1726
avatar

Mehman Nəbiyev

Oxşar yazılar