Əmisini qətlə yetirən Gədəbəy sakinini polis saxlayıb - YENİLƏNİB
12 iyul 2020 23:47 (UTC +04:00)

Əmisini qətlə yetirən Gədəbəy sakinini polis saxlayıb - YENİLƏNİB


Gədəbəydə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə,  1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu ailə münaqişəsi zəminində əmisi 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb. O.İsgəndərov hadisə yerində dünyasını dəyişib. 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. 

***

22:34

Gədəbəyədə dəhşətli qətl hadisəsi baş verib.

APA-nın yerli bürsonun məlumatına görə, rayon sakini əmisini qətlə yetirib və onun həyat yoldaşını ağır yaralayıb. 

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

# 6928
avatar

Oxşar yazılar