Bakıda hündürmərtəbəli binada yanğın oldu
12 iyul 2020 03:32 (UTC +04:00)

Bakıda hündürmərtəbəli binada yanğın oldu

 

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 120 kv/m olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv/m sahədə yanıb. Yüksək temperaturdan eyvanın plastikdən ibarət pəncərə çərçivəsi 6 kv/m sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 3976
avatar

Oxşar yazılar