Yoluxanlarla sağalanların sayı bu gün demək olar ki, bərabərləşib - TƏBİB
10 iyul 2020 17:13 (UTC +04:00)

Yoluxanlarla sağalanların sayı bu gün demək olar ki, bərabərləşib - TƏBİB

 “Yoluxanlarla sağalanların sayı bu gün demək olar ki, bərabərləşib. Bu, yaxşı bir haldır”.

 APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

TƏBİB-in şöbə müdiri deyib ki, insanlar maska və digər tələblərə daha çox riayət edirlər: “Əgər biz hamımız əlbir olmasaq, bir yerdə xəstəliyə qarşı mübarizə aparmasaq, bu bəlaya qalib gələ bilmərik”.

# 3652
avatar

Oxşar yazılar