Sabahdan Bakıda bu körpü və tunelə giriş qadağan edilir
10 iyul 2020 16:37 (UTC +04:00)

Sabahdan Bakıda bu körpü və tunelə giriş qadağan edilir

İyulun 11 və 12-i Ziya Bünyadov prospektinin “20 yanvar” istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə girişi, həmçinin  Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a daxil olan xəbərə görə, sözügedən ərazilərdə hərəkətəin məhdudlaşdırılması aparılan təmir işləri ilə əlaqədardır. Qurumdan bildirilir ki, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin, o cümlədən,  Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

# 3817
avatar

Oxşar yazılar