09:38
10 İyul 2020

Şmeyxeli geridə qoydu - De Xea

"Mançester Yunayted"in qapıçısı David De Xea "qırmızı şeytanlar"ın heyətində oyun sayını 399-a çatdırıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper Premyer Liqanın XXXIV turunda "Aston Villa" ilə görüşdə (3:0) buna nail olub.

29 yaşlı De Xea bununla legionerlərdən keçmiş qapıçı Peter Şmeyxelin göstəricisini geridə qoyub. "Mankunianlar"ın "1 nömrəsi" sosial şəbəkə vasitəsilə buna görə Şmeyxeldən üzr də istəyib: "Bu o deməkdir ki, uzun müddətdir buradayam və yüksək səviyyədə oynamışam. Ümid edirəm ki, hələ daha 400 oyun keçirəcəyəm".

Qeyd edək ki, David De Xea 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.

Dİgər xəbərlər