Yük maşının altında əzilib ölən şəxsin kimliyi bilindi
10 iyul 2020 09:49 (UTC +04:00)

Yük maşının altında əzilib ölən şəxsin kimliyi bilindi

Bakıda bir neçə gün qabaq yük maşınının altında qalaraq ölən şəxsin kimliyi müəyyənləşib.

Lent.az-ın məlumatına görə, iyulun 4-də Nərimanov rayonu Ziya Bünyadov prospektində Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Zakir Abbasovun idarə etdiyi yük avtomobili piyada olan 30-40 yaşlarında kişini əzərək öldürüb.

Faktla bağlı cinayət işi başlanıb. Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, İstintaq Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zaman ölən şəxsin Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Məhəmməd Məmmədov olduğu müəyyən edilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2633

Oxşar yazılar