Müğənni Nəfəs gizli işləyən mağazada saxlanıldı - VİDEO
09 iyul 2020 17:46 (UTC +04:00)

Müğənni Nəfəs gizli işləyən mağazada saxlanıldı - VİDEO

Binəqədi rayonu Abay Kunanbayev kuçəsi "Bolluq" bazarının yanında qanunsuz olaraq, müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.

Lent.az-ın məlumatına görə, mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunaraq, ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılıblar. Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda  olan şəxslərdən biri müğənni Nəfəsdir.

Qeyd edək ki, əməliyyatı Əlahiddə Çevik Polis Alayının əməkdaşları keçirib.

# 62011
avatar

Mehman Nəbiyev

Oxşar yazılar