Türkiyədə daha bir partlayış: yaralılar var
09 iyul 2020 13:34 (UTC +04:00)

Türkiyədə daha bir partlayış: yaralılar var


Türkiyənin Sakarya vilayətində daha bir partlayış baş verib, ilkin məlumata görə 6 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, partlayış Sakaryanın Taşkısığı bölgəsində qeydə alınıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub.

Partlayışın pirotexnika istehsalı üçün partlayıcı maddə daşıyan yük maşınında baş verdiyi ehtimal olunur. Hadisə nəticəsində 5 hərbçi və bir mülki şəxsin yaralanması haqda məlumatlar var.

Qeyd edək ki, 3 iyulda Sakaryanın Hendek rayonunda pirotexnika istehsal edən fabrikdə də partlayış baş verib, hadisə nəticəsində 7 nəfər ölüb, 100-dən çox işçi yaralanıb.

# 3391
avatar

Oxşar yazılar