1873
16:38
08 İyul 2020

Kəndlinin 12 inəyini oğurladılar

Kürdəmirdə mal-qara oğurlanıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, Rayon Polis Şöbəsinə müraciət edən Qarabucaq kənd sakini M.Fərzəliyev iyulun 6-da 12 baş inəyinin kəndin otlaq sahəsindən oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qəbələ rayon sakini İ.Əhmədli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.