Ermənistan müdafiə nazirinin müavini koronavirusa yoluxub
08 iyul 2020 11:23 (UTC +04:00)

Ermənistan müdafiə nazirinin müavini koronavirusa yoluxub

0

Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, “Mənim addımım” fraksiyasının üzvü Andranik Koçaryan bildirib.

A. Koçaryan deyib ki, komissiyanın bugünkü iclasında Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan da iştirak etməli idi. Lakin nazir müavini virusa yoluxduğundan iclasa qatıla bilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1743

Oxşar yazılar