Yol kənarındakı topağında narkotik bitki əkmişdi
08 iyul 2020 10:49 (UTC +04:00)

Yol kənarındakı topağında narkotik bitki əkmişdi

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, iyul ayının 7-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nəriman Cəfərova məxsus, Şəmkir-Çinarlı avtomobil yolunun sol tərəfində yerləşən pay torpaq sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə torpaq sahəyə baxış zamanı oradan 13 ədəd çətənə kolu aşkar olunub. Bundan başqa N. Cəfərova məxsus yardımçı tikiliyə baxış zamanı 460 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı N. Cəfərov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

# 1423
avatar

Mehman Nəbiyev

Oxşar yazılar