Daha 4 rayona yeni prokuror təyin edildi
06 iyul 2020 17:11 (UTC +04:00)

Daha 4 rayona yeni prokuror təyin edildi

Baş prokuror Kamran Əliyev yeni kadr təyinatları ilə bağlı qərar imzalayıb.

Baş Prokurorluqdan Lent.az-a daxil olan xəbərə görə, müvafiq əmrlərlə, Qabil Səfərova Mingəçevir şəhərinin, Fəxrəddin Pənahova Sabirabad, Kamran Əhmədova Xocavənd, Elnur Rüstəmova isə Füzuli rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi - idarə rəisinin müavini, Rəsul Həsənov isə Gəncə şəhər prokurorunun müavini​ vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.

# 7474
avatar

Mehman Nəbiyev

Oxşar yazılar