Ağaca çırpılan mopedin sürücüsü öldü
06 iyul 2020 09:48 (UTC +04:00)

Ağaca çırpılan mopedin sürücüsü öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, R. Behbudov küçəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü İbrahim Cəfərov idarə etdiyi “Moped”i ağaca çırpıb. İ. Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb. “Mopet” zərbənin nəticəsindən yolun kənarında 1992-ci il təvəllüdlü E. Əsgərova dəyib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanıb.

# 1540
avatar

Mehman Nəbiyev

Oxşar yazılar