Karantin rejimini pozdu: üstündən narkotik də tapıldı
04 iyul 2020 09:38 (UTC +04:00)

Karantin rejimini pozdu: üstündən narkotik də tapıldı

Bakıda karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlanıb.

APA-nın məlumatına görə, Qasımov Rəşad Ramiz oğlu hüquq-mühafizə orqanları tərəfindən karantin qaydalarını pozduğu üçün saxlanılıb.

Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub.

O, saxlanılan zaman hüquq-mühafizə orqanının əməkdaşlarına zor tətbiq edib.

R. Qasımov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda), 206.4-cü (qaçaqmalçılıq) , 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 318.2ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib. 

Nəsimi rayon Məhkəməsində istintaq orqanının təqdimatı əsasında R. Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

# 2275
avatar

Oxşar yazılar