Dünən yol qəzalarında 5 nəfər ölüb
03 iyul 2020 11:49 (UTC +04:00)

Dünən yol qəzalarında 5 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

# 1897
avatar

Mehman Nəbiyev

Oxşar yazılar