Ötən gün postlardan qanunsuz olaraq, keçmək istəyən avtomobillərin qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a daxil olan xəbərə görə, dünən Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 85-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 85-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 300-ü rayon, 150-i paytaxt istiqamətinə olmaqla 450 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 700 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.