Çox yatmaq, yorğunluq hissi nədən xəbər verir?
02 iyul 2020 13:20 (UTC +04:00)

Çox yatmaq, yorğunluq hissi nədən xəbər verir?

Yuxu təkcə insanların deyil, bir çox canlıların da yaşaması üçün vacib olan fizioloji prosesdir. Həyat fəaliyyətinə normal və enerjili davam etmək üçün hər gün lazımı miqdarda yuxumuzu almalıyıq. Yuxusuzluq kimi həddindən artıq yatmaq da vücudumuzda baş verən hər hansısa bir xəstəliyin xəbərçisi ola bilər.

Elə isə diqqətli oxuyun. Lent.az sizə çox yatmağın ziyanlarından bəhs edəcək. Bu dəfəki müsahibimiz psixoloq Nuranə Cəfərovadır.

N.Cəfərova pandemiyanın psixologiyamızda yaratdığı qorxu, panika və stressdən və onun yuxu rejimimizə təsirindən danışdı.

"Yuxu rejiminin normal olmamağı, gündəlik həyata adaptasiyada çətinliklərə, yaddaş pozğunluğuna, gərginliyə gətirib çıxarır. Çox yatmaq, gün boyu yuxulu olmaq, diqqət dağınıqlığı bunlar hamısı yorğunluq sindromunun əlamətləridir. Yorğunluq sindromunun ikinci bir qolu isə depressiyayadır".

Nuranə xanım onu da bildirdi ki, Yuxuya meyillilik həm psixoloji həm də fiziki cəhətdən hansısa bir xəstəlikdən xəbər verə bilər. Buna görə də psixoloq həmin şəxslərə, ilk növbədə həyat tərzlərini dəyişməyi məsləhət görür.

"İnsanlar hal-hazırda baş verən vəziyyətdən yaranan panika, qorxu və stresslə bağlı antidepressant dərmanlar qəbul edirlər, lakin bu heçdə həll yolu deyil. Olduqca zərərli olan bu vasitələr zaman keçdikcə insanda aludəçilik yaradır, bu da özü ilə bərabər ikinci bir psixoloji travmaya yol açır. Mən bir mütəxəssis kimi ilkin mərhələdə  şəxsin özü-özünü müalicə etməyini tövsiyə edərdim. Burada gündəlik həyatı nizama salmaqdan söhbət gedir. Əgər bu hal xroniki və yaxud ağır vəziyyətə keçibsə psixoterapiya və tibbi yöndə müayinədən keçmək məsləhətlidir.

Banu

 

 

# 13960
avatar

Oxşar yazılar