"TİBBİ İNQİLAB" - Koronavirusu məhv edən robot hazırlandı
02 iyul 2020 12:33 (UTC +04:00)

"TİBBİ İNQİLAB" - Koronavirusu məhv edən robot hazırlandı

Bəhreyndən olan alimlər koronavirusu və digər mikroorqanizmləri məhv edən robot hazırlayıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu robot qısa dalğalı ultrabənövşəyi şüalanma ilə virus üzərində hərəkət edir, 30 dəiqiqəyə mikroorqanizmlərin 90 faizə qədərini öldürür, nəticədə bunun nəticəsində orqanizmlərin DNT-si parçalanır.

Bununla birlikdə, müalicə zamanı insanlar qapalı yerdə olmamalıdır, çünki cihazdan gələn işıq insan hüceyrələrinə zərər verə bilər.

Üstəlik, robot 12 dildə danışa, bədən istiliyini ölçə bilər, səs əmrlərinə cavab verə və xəstə tanıma texnologiyasından istifadə edə bilər.

Şərqi İngiltərə Universitetinin professoru Pol Hanter qeyd edib ki, ultrabənövşəyi işıq əksər viruslarla effektiv şəkildə mübarizə aparır, buna görə "ultrabənövşəyi işığın SARS-CoV-2-i deaktivləşdirməsi təəccüblü deyil.

İndi robot sənaye şəraitində sınaqdan keçirilir. Artıq iki robot Bəhreyndəki tibb müəssisələrində istifadə üçün buraxılıb.

Bəhreyn Səhiyyə Nazirliyinin həkimi Valid Al Manea həkimlərə və tibb bacılarına kömək edə bildikləri üçün bu maşınları "tibbi inqilab" adlandırıb.

 

# 2653
avatar

Oxşar yazılar