Azərbaycanda AĞIR QƏZA: maşın dərəyə aşdı, ölənlər var - YENİLƏNİB
02 iyul 2020 10:38 (UTC +04:00)

Azərbaycanda AĞIR QƏZA: maşın dərəyə aşdı, ölənlər var - YENİLƏNİB

Lerikdə baş verən qəzada ölən və yaralananların adları məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, 43 yaşlı Habil Əzimovun idarə etdiyi 43-BC-418 dövlət qeydiyyat nömrə nişanlı "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 24 yaşlı Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan 36 yaşlı Mübariz İxtiyar oğlu Zeynalov və 15 yaşlı Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

***

10:18

Lerikdə baş verən qəzada yaralanan 2 nəfərdən biri uşaqdır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Uşaq Lerik Rayon Mərkəzi Xəstəxanasındadır, vəziyyəti orta-ağırdır.

Digər yaralı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır.

***

09:36

Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. "UAZ" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

# 11182
avatar

Oxşar yazılar