1302
11:06
01 İyul 2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 450-nı keçdi

Ermənistanda son sutka ərzində daha 523 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 26 065 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 10 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 453 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 14 563 nəfərdir.

Dİgər xəbərlər