Gəncədə ev yandı - FOTO
30 iyun 2020 01:11 (UTC +04:00)

Gəncədə ev yandı - FOTO

 

Gəncədə fərdi yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əli Nəzmi küçəsində, 1962-ci il təvəllüdlü Xəlilova Sevda İsax qızına məxsus evdə qeydə alnıb.

Yanğın zamanı 35 kv/m sahəsi olan evin 30 kv/m sahəsi əşyalarla birlikdə yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və yanğınsöndürən texnikası cəlb olunub. Yanğının qarşısı alınıb. Qonşuluqda olan 80 kv/m sahəsi olan ev yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan qaynaqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2584

Oxşar yazılar