1138
12:50
29 İyun 2020

İrandan külli miqdarda narkotik gətirmək istəyən şəxs həbs edildi - FOTO

Son günlər ərzində 3 halda 21,7 kq narkotik vasitəyə, psixotrop və güclü təsiredici maddəyə oxşar vasitə, preparat və həbin İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az -a verilən məlumata görə, “Horadiz” sərhəd dəstəsinin İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən sərhəd zastava­sının xidməti sahəsində 32 yaşlı İran vətən­daşı Sədri Kazım Həmid İrandan qanunsuz olaraq Azərbaycana keçərkən sərhəd pozucusu qismində saxlanılıb. Onun saxlanıldığı yerə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyi bağlamada külli miqdarda narkotik vasitə - 4 kq 52 qram heroin, 1 kq 815 qram qurudulmuş marixuana, 505 qram tiryək, psixotrop maddə - 4,9 qram mеtadon, 1103 qram metaмfеtamin, güclü təsir edən maddə - 8,9 qram “Tramadol”, 37,4 qram “Preqabalin”, 0,4 qram “Klobazam” aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə Cinayət Məcəl­ləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb, Sədri Kazım Həmid barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və cinayətkar qrupun digər iştirakçılarının müəyyən edilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir neçə gündən sonra həmin sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçmək istəyən 2 nəfər şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, sərhəd nar­yadının sayıqlığı nəticəsində qaçaqmalçılar qaçaqmal predmetini hadisə ye­rində ataraq İrana tərəf geri qaçmışlar. Hadisə yerinə baxış keçirilərkən ərazidə 4 kq 520 qram heroinə, 495 qram quru­dulmuş marixuanaya və 2 kq 60 qram metamfetaminə oxşar maddələr aşkar edilərək götürülüb.

Növbəti dəfə eyni sərhəd zastavasının xidməti sahəsində 6 kq 320 qram heroinə, 540 qram qurudulmuş marixuanaya, 210 qram həşişə oxşar maddələr və 51 flakonda güclü təsir edən vasitə “Mydrax-Tropikamide”-yə oxşar maddə aşkar olunaraq götürülüb.

Qeyd olunan son iki fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdi­rilir.