Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açıdı - YENİLƏNİB
25 iyun 2020 18:11 (UTC +04:00)

Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açıdı - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

APA xəbər verir ki, dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Bildirilib ki, tikintisi bu ilin aprelində başa çatdırılan Dövlət Rəmzləri Muzeyinin sərgi zalında 9 bölmə yaradılıb. Burada Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən hazırlanmış ayrı-ayrı dövrlərə uyğun Azərbaycan xəritələri, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, Orta Əsr Azərbaycan dövlətlərinin və xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir.

Muzeyin eksponatları arasında Azərbaycan Orta Əsr əsgərlərinin döyüş geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, Azərbaycan SSR-nin gerbləri və bayraqları, Silahlı Qüvvələrin mərasim geyim formaları və döyüş bayraqları, ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin andiçmə mərasiminə aid fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamlar, poçt markaları, orden, medal, fəxri ad və döş nişanları nümayiş olunur.

Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə 200 yerlik yay səhnəsi də tikilib.

Prezident İlham Əliyevə şəhərdəki “Dostluq” və “Nəsimi” parklarında aparılan yenidənqurma işləri barədə də məlumat verilib.

Bildirilib ki, hər iki parkda istər şəhər sakinlərinin, istərsə də Mingəçevirin qonaqlarının istirahətlərinin maraqlı təşkili üçün hərtərəfli şərait yaradılıb.

***

12.40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

APA xəbər verir ki, dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

# 3787
avatar

Oxşar yazılar