Çində "uçan" qatarlar sınaqdan keçirilir
23 iyun 2020 19:56 (UTC +04:00)

Çində "uçan" qatarlar sınaqdan keçirilir

Çində yerə toxunmadan havada hərəkət edən maqnit yastığı üzərində işləyən qatarın sınaqlarına başlanılıb.

Lent.az "ICTnews"a istinadən xəbər verir ki, layihə "CRRC Qingdao Sifang Co" şirkəti tərəfindən Şanxayda işə salınıb.

Çində 600 km/saat layihə sürəti ilə maqnit yastığı üzərində hərəkət edən qatar prototipinin sınaqlarına başlanılıb. Qatar yerə toxunmadan havada hərəkət edir. Tədqiqatçılar sınaq nümunəsini müxtəlif iş rejimlərində kompleks yoxlayıblar. "CRRC Qingdao Sifang" şirkətinin nümayəndəsi bildirib ki, bu hadisə yüksəksürətli levitasiyalı nəqliyyat sisteminin hazırlanmasında böyük bir irəliləyişi ifadə edir.

Bəzi konstruktiv xüsusiyyətləri sayəsində maqnit yastığı üzərində işləyən levitasiyalı qatar hərəkət zamanı çox az səs çıxarır.

# 4270
avatar

Oxşar yazılar