19:15
21 İyun 2020

ABŞ SSRİ və Çini nüvə bombası ilə məhv etməyi planlaşdırıb?

ABŞ-da soyuq müharibə illərində SSRİ-nin və Çinin iri şəhərlərinə nüvə zərbəsi vurmaq variantı nəzərdən keçirilib.

Lent.az “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə “The National Interest” jurnalı ABŞ-ın milli təhlükəsizliyi arxivindəki sənədlərə istinadla məlumat yayıb.

Bildirilir ki, 1960-cı illərin Vahid inteqrasiya planının bir sıra sənədlərində Sovet-Çin bloku ilə hərbi qarşıdurma ilə bağlı bir neçə çıxış yolu nəzərdən keçirilib. Onlardan birincisinə əsasən, şəhərlərə və dinc sakinlərə minimum zərər vurmaqla nüvə və hərbi obyektlərin vurulması təklif edilib. İkinci variantda iri şəhərlərin yerlə-yeksan edilməsi və bunun nəticəsində SSRİ və Çinin bütün kritik infrastrukturun məhv edilməsi təklif edilib. Bu varianlarla Sovet-Çin blokunun müharibə aparmaq istəyini və qabiliyyətini məhv etmək məqsədi qarşıya qoyulubmuş.

Dİgər xəbərlər