14:21
19 İyun 2020

İranda daha 120 nəfər koronavirusdan öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 120 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 9 392 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2615 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 200 262 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 159 192 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 833 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Dİgər xəbərlər