19:00
16 İyun 2020

Türkiyəli jurnalistdən narkotiklə bağlı gözlənilməz paylaşım

Türkiyəli jurnalist çətənə kolunun əkilib-becərilməsinə icazə verilməsi üçün sosial mediada paylaşım edib.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, paylaşımı edən “Akit” qəzetinin yazarı Əbdürrəhman Dilipak bundan əvvəldə dəfələrlə eyni mövzuda hökumətə müraciətlər edib. Jurnalist sözügedən paylaşımında çətənə kolunun oksigen fabriki kimi işlədiyi qeyd edib:

“Təmiz oksigen üçün aparat lazımdır. Axı çətənə kolu özü ən yaxşı oksigen fabriki kimi çalışır. Ancaq onun dişisinin yuxarısındakı yarpaqlarında marixuana var. Axı spirt içərkən də adamı piyan edir, həm də o daha zərərlidir. Hər evə, balkona, bağçaya pulsuz oksigen. Bitki, insan, heyvan, hər kəs üçün”.

Qeyd edək ki, jurnalistin sözügedən paylaşımı sərt təpkilə qarşılanıb.

Dİgər xəbərlər