Meyvə və giləmeyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunur. Lakin bəzi növlər yüksək şəkər tərkibinə görə arıqlama prosesini ləngidə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər əsas səbəb kimi həmin məhsullarda təbii şəkərin yüksək olmasını göstərirlər.
Banan
Banan şəkərlə zəngin meyvələrdən biridir. Bir bananda 15 qramdan çox şəkər var. Bu, şəkər tərkibi baxımından qlazurlu ponçiklə müqayisə olunur.
Gilas
Bir stəkan gilasda təxminən 19 qram şəkər olur.
Mütəxəssislər bildirirlər ki, bu miqdar tam ölçülü Snickers şokolad batonundakı şəkərə yaxındır.
Qurudulmuş meyvələr
Quru meyvələrin bir çoxuna əlavə şəkər, o cümlədən qamış şəkəri və yüksək fruktozalı qarğıdalı siropu əlavə olunur.
Bu isə onların kaloriliyini artırır və arıqlamaq istəyən insanlar üçün uyğun seçim hesab edilmir.
Üzüm
Bir stəkan üzümdə təxminən 15 qram şəkər var.
Buna görə də çəki azaltmaq istəyən insanlara üzümün qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.
Manqo
Manqo yüksək şəkər tərkibinə malik meyvələrdən biridir.
Mütəxəssislərin sözlərinə görə, bir manqoda təxminən 46 qram şəkər olur.
Şəkərin təsirini azaltmaq üçün manqonu yunan yoqurtu kimi zülalla zəngin qidalarla birlikdə yemək məsləhət görülür.
Ananas
Bir stəkan ananasda 16 qramdan çox şəkər var.
Bu səbəbdən arıqlama dövründə onun da qəbulunu məhdudlaşdırmaq tövsiyə edilir.